AZ

Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib - FOTOLAR

Azərbaycan Karate Federasiyasının (AKF) nəzdində fəaliyyət göstərən KWU-WFKF Birliyin Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə birgə kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirib. SİA-nın AKF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən federasiya prezidenti Ülvi Quliyev ölkədə bu cür yarışların keçirilməsinin vacibliyini vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin idmana göstərdiyi misilsiz xidmətlərdən söz açan qurum rəsmisi Prezident İlham Əliyevin də bu siyasəti uğurla davam etdirdiyini diqqətə çatdırıb. O, Azərbaycanın idman ölkəsi olduğunu və bir çox yarışları uğurla təşkil etdiyini söyləyib.

AKF-nin vitse-prezidenti Füzuli Musayev də öz növbəsində keçirilən yarışların gənc nəslin təlim-tərbiyəsində vacib rolunun olduğunu qeyd edib. O bildirib ki, Ali Baş Komandan İlham Əliyevin idmanın bütün növlərinin, xüsusilə karatenin ölkəmizdə geniş yayılması və inkişaf etməsinə göstərdiyi diqqət və qayğısı qazanılan uğurların təməlidir.

Yarışın açılış mərasimində Bakı şəhər Gənclər və İdman İdarəsinin karate üzrə kuratoru Taleh Məqsədli də iştirak edib və iştirakçılara uğurlar arzulayıb.

Qeyd edək ki, Bakı birinciliyində müxtəlif klub və nümayəndəliklərdən 300-ə yaxın karateçi qüvvəsini sınayıb. Qaliblər Bakı şəhər Gənclər və İdman İdarəsinin təsis etdiyi diplom və medallarla mükafatlandırılıblar.

Seçilən
113
23
Mənbələr
Şərh ()
Bağla

Reytinq

2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
25902
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
25124
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18097
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
14180
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14105
Sabah 20 dərəcə isti olacaq
9358
May ayında Azərbaycana qar yağdı - VİDEO
8664
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8408
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8319
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7119
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7069
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6959
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6727
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6340
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6304
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6301
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5907
Azərbaycan nefti ucuzlaşıb
5790
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5640
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5593