AZ

COP29-un Azərbaycanda keçirilməsi "yaşıl enerji" istehsalına xarici sərmayələrin axınına geniş imkanlar açacaq - ŞƏRH

Bakı. Trend:

Azərbaycan artıq dünyada beynəlxalq tədbirlərin uğurlakeçirildiyi bir məkan kimi tanınır.

Bunu Trend-ə açıqlamasında iqtisad elmləri doktoru,professor Fikrət Yusifov deyib.

O bildirib ki, son onillikdə ölkəmizin paytaxtında keçirilmişbeynəlxalq tədbirlərin sırasına nəzər salsaq, maraqlı birmənzərənin şahidi olarıq.

"Belə tədbirlərin ölkəmizdə, onun paytaxtı Bakı şəhərindəkeçirilməsi bizə nə verir? Azərbaycan bu platformalardan məharətləyararlanaraq, ilk növbədə, öz həqiqətlərini bütün dünyaya çatdırabilir. Bu tədbirlər vasitəsilə apardığımız təbliğatla bizə düşmənmövqedə olan qüvvələrin dünyanın ayrı-ayrı yerlərində ölkəmiz,xalqımız barəsində yaratmaq istədikləri neqativ fikirlər alt-üstedilir - buraya gələn insanlar Azərbaycanı və azərbaycanlıları dahayaxından tanıdıqdan sonra, yanlış təbliğatlar vasitəsilə onlaraaşılanmış neqativ baxışlar pozitiv baxışlarla əvəzlənir.

Belə tədbirlərin keçirilməsindən sonra geriyə qayıdan insanlaröz ölkələrində əhatələrində olanlara Azərbaycan və azərbaycanlılarbarəsində gerçəkləri çatdıraraq, ölkəmiz və millətimiz haqqındamüsbət fikirlər formalaşdırırlar".

Ekspertin sözlərinə görə, son 20 ildə bu platformalardanistifadə edərək, Azərbaycan Qarabağ həqiqətlərini bütün dünyayaçatdırdı.

"Erməni vəhşiliyinin bütün dünyaya çılpaqlığı iləçatdırılmasında ölkəmizdə keçirilən tədbirlərin rolu az olmadı. Buillər ərzində keçirilən beynəlxalq tədbirlərin xətti ilə bura gələnhər kəs bu münaqişədə kimin haqlı, kimin haqsız və işğalçı olduğunainanıb geri dönürdü. Biz bu gün də dünyanın ən nüfuzlu tədbirləriniölkəmizdə məmuniyyətlə keçiririk.

Bu ilin sonunda COP29 kimi böyük bir tədbirin burada keçirilməsio deməkdir ki, tədbirin keçirildiyi günlərdə bütün dünyanın gözüAzərbaycanda və onun paytaxtı Bakıda olacaq. Torpaqlarımızınişğaldan tam azad edildiyi indiki dönəmdə belə bir nəhəng tədbirinAzərbaycanda keçirilməsinin siyasi dvidendləri yetərincə böyükdür.Bu forumun Azərbaycanda keçirilməsi, eyni zamanda, Azərbaycandayaşıl enerji istehsalına xarici sərmayələrin axınına geniş imkanlaraçacaq", - deyə o qeyd edib.

COP29-un
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
3
az.trend.az

4Mənbələr