AZ

Elektron siqaretin insan orqanizminə hansı zərərləri var? - AYDINLIQ GƏTİRİLDİ

“Son zamanlar elektron siqaretlərin istifadəsi həddindən çox artıb və insanlarımız ənənəvi siqaretləri elektron siqaretlərlə əvəz edərək orqanizmə daha az zərər vurduqlarını düşünürlər. Amma bu yanlış bir fikirdir”. Bu sözləri SİA-ya açıqlamasında həkim terapevt Sübhan Hacıyev deyib.

Onun sözlərinə görə, bu şəxslər elektron siqaretlərdən istifadə etdikləri zaman da yağışdan çıxıb yağmura düşmüş kimi bir halla üzləşirlər: “Bu onunla əlaqəlidir ki, elektron siqaretlərin özləri də zərərli vərdişlər siyahısındadır və bu siqaretlərin tərkibi nikotin, propilen qlikol, qliserin və bir çox kimyəvi maddələrdən ibarətdir. Bu maddələr çəkildikcə qızınır və isindikcə də konseragen, yəni xərçəng əmələ gətirmə təsirə malikdir”.

Sübhan Hacıyev sözlərinə belə davam edib: “Eləcə də bu maddələr qana keçdikdən sonra böyrəküstü vəz funksiyasını artıraraq stress hormonu olan kortizonun ifrazını artırır və nəticədə arterial damarlarda daralmaya gətirib çıxarır. Arterial hipertenziya, piylənmə, şəkərli diabet, allergik xəstəliklər xüsusilə də tənəffüs yollarının allergiya xəstəliklərinə yol açır. Eyni zamanda nikotinin özü də bilavasitə bronxlara mənfi təsir göstərərək orada bir iltihab yaradır və gələcəkdə xroniki abstruktiv ağciyər xəstəliyinin yaranmasında böyük bir rol oynayır. Bu səbəbdən insanlara tövsiyəmiz siqaretdən qurtulmaq üçün digər vasitələrdən istifadə edərək şüurlu, rasional şəkildə nəyin zərər olduğunu anlayıb araşdırıb ondan sonra qərar versinlər. Yaxşı olardı ki nikotinin bütün növlərindən uzaq dursunlar”.

Xatırladaq ki, ötən günlərdə elektron siqaretdən istifadənin qadağan olunması Milli Məclisdə təklif olunub.

Ayşən Vəli

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla