AZ

Bədxərclik psixoloji problemin əlaməti ola bilər? - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

"Pula qarşı bədxərc olmağın bir çox səbəbləri ola bilər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Psixoloq bildirib ki, pula yanaşma və ondan düzgün istifadə edə bilməməyin məsuliyyətsizlik, öyrədilmiş düşüncə, yaxud da insanın qarşı tərəfə özünü təsdiq etmək ehtiyacı, pul xərcləməkdən həzz almaq ehtiyacı kimi səbəbləri var: "Əsas ana səbəblərdən biri insanın özünü tanıya bilməməsi, zamanını düzgün istifadə edə bilməməsidir. Bədxərclik nəticədir. Bədxərclikdə zamanı düzgün bölə bilməmək, pulu düzgün bölə bilməmək, öz əməyinə dəyər verə bilməmək kimi hansı səbəbdən yaranırsa, onu araşdırmaq lazımdır. Çünki hər insana ayrı səbəb təsir edir. Xərcləyəndə "özgüvən bərpa olunurmu?", "özünü lider kimi göstərmək istəyirmi?", yaxud da "bunun fərqindədirmi?", "sonradan peşman olurmu?", "peşmançılıqlardan niyə dərs almır?" kimi səbəbləri ümumi demək olmaz. Çünki bu, ümumi xasiyyət deyil ki, hər kəsə xas olsun.

Ümumi götürsək, özgüvən problemidir ki, insan bədxərcliklə özünü təsdiq etməyə ehtiyac hiss edir və özünü hələ də tanımır. Həqiqətən də, özünü tanımır, özünü, zamanını idarə etməyi bilmir. Bunun aradan qaldırılması üçün də bir səbəbi yoxdur".

Müəllif: Söylü Ağazadə
Seçilən
34
Mənbələr
Şərh ()
Bağla