AZ

Qayda pozaraq maşınların hərəkətinə mane oldu – 77-KE-645

Paytaxtda manevr qaydalarını pozan sürücü görüntülənib.

Avtosfer.az xəbər verir ki, video İnşaatçılar və Nəriman Nərimanov prospektlərinin kəsişməsində qeydə alınıb.

Belə ki, 77-KE-645 qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü qaydaları pozaraq digər nəqliyyat vasitələrinin hərəkətinə mane olub. O, yolun 2-ci zolağında hərəkətdə olarkən anidən sol zolağa manevr edib. Nəticədə Nəriman Nərimanov prospektinə dönən avtomobillər dayanmalı olublar.

Qeyd edək ki, sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimə olana bilər.

Məhəbbət Tərlanoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
avtosfer.az

1Mənbələr