AZ

Tanınmış televiziya eksperti Elnurə Abdullayevanın adına çay buraxılıb - FOTO/VIDEO

Tanınmış televiziya eksperti, yazıçı-dramaturq Elnurə Abdullayevanın adına çay buraxılıb. Bununla bağlı Lənkəranda tədbir keçirilib.   Manset.az-ın əldə etdiyi məlumata görə, Sosial proqramların eksperti olan Elnurə Abdullayevanın adına Lənkəranda "Nur" çay brendi adı ilə çay istehsal edilib. Çayın istehsalını Lənkərənda çay plantasiyaların sabibi olan tanınmış çay mütəxəssisi, iş adamı Araz Yaqubov həyata keçirib. Öz təsərrüfatında yetişdirdiyi nəfis dadlı çay istehsalı ilə bütün Qafqazda tanınan Araz Yaqubov tədbirdə "Nur" çayının keyfiyyəti və istehsalı ilə bağlı məlumat verib. Daha sonra tədbirdə çıxış edənlər Elnurə Abdullayevanı təbrik edib və çay plantasiyaları ilə tanış olublar. Tədbirdə bir sıra tanımış şəxslər, iş adamları, sənətçilər, iş xanımları iştirak edib.  Qeyd edək ki, yazıçı-dramaturq Elnurə Abdullayeva televiziyalarda yayımlanan sosial proqramların ekspertidir. O uzun illərdir "Səni axtarıram" proqramında ekspert qismində iştirak edir.

Manşet.az

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla