AZ

Dr.Nabil Seyidov “Qida Təhlükəsizliyi” simpoziumunda çıxış edib

Mərkəzi Gömrük Hospitalının rəis müavini, kardioloq Nabil Seyidov 26 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin “Şəkəri azalt, ömrünü uzat” kampaniyası çərçivəsində AQTA və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Qida Təhlükəsizliyi” simpoziumunda məruzəçi və iştirakçı qismində iştirak edib. SİA xəbər verir ki, tədbirin “Şəkərin insan sağlamlığına təsiri” mövzusunda təşkil olunan paneldə Mərkəzi Gömrük Hospitalının rəis müavini, həkim Nabil Seyidov təqdimatla çıxış edib. Tədbirdə ölkədə qida təhlükəsizliyi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən söz açılıb, əhali arasında sağlam həyat tərzinin təbliğ olunması, o cümlədən şəkərdən artıq istifadənin insan orqanizmində ürək-damar, ll tip diabet və piylənmə kimi xəstəliklərin yaranma ehtimalına səbəb ola biləcəyi qeyd edilib.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi bu məsələ ilə əlaqədar aparılan təbliğat-təşviqat işlərini də genişləndirir və “Şəkəri azalt, ömrünü uzat” kampaniyasına qoşulanların sayının artması istiqamətində layihələr həyata keçirir.

Seçilən
17
1
Mənbələr
Şərh ()
Bağla