AZ

Müğənni davranışı ilə pərəstişkarlarını təəccübləndirib

İki həftə öncə müğənni Qriqori Lepsin konsertində xoşagəlməz hadisə baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, tamaşaçılardan biri səhnəyə yaxınlaşaraq sənətçini telefonu ilə yaxından lentə almağa başlayıb. Leps isə əsəbiləşib və qəfildən telefonu qızın əlindən alıb.

Daha sonra müğənni davranışını izah edərək, bir neçə dəfə çəkilişlər edilməməsi barədə xəbərdarlıq edib. Amma fanatın eşitmə qabiliyyəti zəif olub.

Ancaq pərəstişkarı ondan inciməyib, kumirinin ona diqqət yetirdiyinə sevinib. Buna baxmayaraq sosial şəbəkə istifadəçiləri onu tənqid atəşinə tutublar.

Leps jurnalistin "Qriqori, sən centlmensən!" sözlərinə "Xeyr, mən centlmen deyiləm. Üstəlik, bizdə emansipasiya var. Mənimlə bərabər hüquqlusunuz, hə, başa düşdüyüm qədər? Bərabər hüquq tələb edirsiniz?" deyə reaksiya verib.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq