AZ

Sürücü siqaret çəkərkən avtobus İDARƏ ETDİ: Qadın açıq qapıdan yıxılaraq ÖLDÜ - VİDEO

Sürücü siqaret çəkərkən avtobus İDARƏ ETDİ: Qadın açıq qapıdan yıxılaraq ÖLDÜ - VİDEO

Türkiyədə ağlasığmaz hadisə baş verib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Adanada qadın avtbusda gediş haqqını ödəməyə qalxarkən açıq qalan qapıdan yıxılıb.

Əldə edilən məlumatlara görə, hadisə günorta saatlarında baş verib. Belə ki, sürücü siqaret çəkərkən avtobusu qapısı açıq halda idarə edib. Bu zaman sözügedən qadın avtobusun gediş haqqını ödəmək üçün ayağa qalxır.

Manevr zamanı özünü itirən sərnişin açıq qapıdan yıxılaraq başı asfalta dəyib. Xəbərdarlıq üzərinə hadisə yerinə gələn sağlamlıq qrupları ilkin tibbi yardımdan sonra qadını təcili yardım maşını ilə xəstəxanaya aparıb.

Sürücü saxlanılaraq polis bölməsinə aparılıb. Xəstəxanada əməliyyata alınan 6 uşaq anasının beynində qan sızması, körpücük sümüyü, çiyin sümüyü və qabırğa sümüyündə qırıqlar olduğu müəyyən edilib. Sərnişin isə edilən müdaxilələrə baxmayaraq, dünyasını dəyişib.

Polis bölməsindəki tədbirlərdən sonra ədliyyəyə sövq edilən sürücü məhkəmə tərəfindən nəzarət şərti ilə azadlığa buraxılıb.

Seçilən
43
5
Mənbələr
Şərh ()
Bağla