AZ

Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO

ABŞ-da insanı şoka salan hadisə baş verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 46 yaşlı Treysi Enn Qardiner mətbəxdə siqaret çəkərkən saçları alovlanıb.

Nə edəcəyini bilməyən qadın yataq otağına qaçıb. Ancaq saç qaynağındakı sintetika əriyib axaraq onun paltarına və çarpayısına tökülüb. Nəticədə evdə yanğın baş verib. Qadın bütün evi bürüyən alovların arasında qalıb.

Evdən tüstü çıxdığını görən qonşular yanğın bölmələrini və təcili tibbi yardım çağırıblar.

Hadisə yerinə gələn yanğınsöndürənlər içəri girdikdə Qardineri çarpayısında cansız halda tapıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
5
publika.az

8Mənbələr