AZ

“Barselona”nın vingerindən karyerası ilə bağlı qərar

İcarə əsasında İngilyərənin “Brayton” klubunda çıxış edən Ansu Fati “Barselona”ya qayıtmaq istəyir.

Msport.az “Sport” nəşrinə istinadən xəbər verir ki, vinger Kataloniya təmsilçisində heyətdə yer almaq üçün mübarizə aparmaqda qərarlıdır.

O, komandada yerini təmin etmək və baş məşqçi Xavini heyran etmək niyyətindədir.

Mütəxəssis oyunçuya şans verməyə hazırdır. Lakin burada klub rəhbərliyinin mövqeyi həlledici olacaq.

Qeyd edək ki, Ansu Fati cari mövsüm “Brayton”da 25 oyun keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
msport.az

1Mənbələr