AZ

Blinken Səudiyyə Ərəbistanına səfərə gəlib

Blinken

Bakı, 29 aprel, AZƏRTAC

ABŞ Dövlət katibi Antoni Blinken Yaxın Şərq böhranını müzakirə etmək üçün Səudiyyə Ərəbistanına səfər edib.

AZƏRTAC xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

ABŞ Dövlət Departamenti daha əvvəl Blinkenin Qəzza zolağında atəşkəs əldə etmək, Fələstin əhalisinə humanitar yardım çatdırmaq və israilli girovlarla bağlı danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına iki günlük səfər edəcəyini açıqlamışdı.

Dövlət katibinin Səudiyyə Ərəbistanına səfərindən sonra İsrail və İordaniyaya səfər edəcəyi gözlənilir.

Seçilən
71
9
Mənbələr
Şərh ()
Bağla