AZ

ABŞ dövlət katibi Səudiyyə Ərəbistanında

 

  ABŞ dövlət katibi Entoni Blinken Yaxın Şərq böhranını müzakirə etmək üçün Səudiyyə Ərəbistanına səfər edib. Bu barədə AFP agentliyi məlumat yayıb.

  Birləşmiş Ştatların Dövlət Departamenti daha əvvəl E.Blinkenin Qəzza zolağında atəşkəs əldə etmək, Fələstin əhalisinə humanitar yardım çatdırmaq və israilli girovlarla bağlı danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına iki günlük səfər edəcəyini açıqlamışdı.

  ABŞ dövlət katibinin Səudiyyə Ərəbistanından sonra İsrail və İordaniyaya səfər edəcəyi gözlənilir.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
9
trt.net.tr

10Mənbələr