AZ

Ukrayna kəşfiyyatı Moskvadakı helikopterin yandırılmasını göstərən video yayıb

Ukrayna hərbi kəşfiyyatı Moskvadakı Ostafyevo aerodromunda Rusiyanın Fövqəladə Hallar Xidmətinə məxsus Ka-32 helikopterinin yandırılmasının görüntülərini yayıb.
Qurumun bəyanatında deyilir ki, tamamilə yanıb külə dönən bu helikopterdən Rusiya ordusunun əməliyyatlarına dəstək verilməsi üçün istifadə olunurdu. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bidirir ki, helikopter aprelin 26-a keçən gecə yandırılıb.
Dərc olunmuş videoda helikopterin nömrə nişanları və ona dəyən zədələrin miqyası görünmür. Moskva aprelin 26-da aerodromda yanğın baş verməsinə dair heç bir şərh verməyib.
Ostafyevoda Moskva aviasiya mərkəzinin xilasetmə və tibb aviasiyası helikopterləri də saxlanır. Bu mərkəzin donanmasında 3 ədəd Ka-32 helikopterinin olduğu məlumdur.
Ötən dekabrda Rusiya blogerləri yazırdılar ki, bu aerodrom Ukrayna dronunun hücumuna məruz qalıb, lakin dron vurulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
azpost.info

1Mənbələr