AZ

Pakistan təhlükəsizlik qüvvələri ölkənin şimal-qərbində iki terrorçunu məhv edib

Bakı. Trend:

Pakistan təhlükəsizlik qüvvələrinin Hayber-Paxtunxva vilayətindəkeçirdiyi əməliyyat zamanı iki terrorçu məhv edilib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Silahlı Qüvvələrininidarələrarası ictimaiyyətlə əlaqələr xidmətindən məlumatverilib.

Məlumata əsasən, ölkənin təhlükəsizlik qüvvələri Dera İsmayılXan rayonunda antiterror əməliyyatı keçirib. Onların hədəfiterrorçuların sığınacaqlarından biri olub və bu barədə məlumatyerli təhlükəsizlik orqanları tərəfindən verilib. Silahlı toqquşmanəticəsində iki terrorçu məhv edilib

Atışma zamanı hadisə yerindən terrorçuların Pakistanvətəndaşlarına qarşı istifadə etməyi planlaşdırdıqları silah,sursat və əldəqayırma partlayıcı qurğular götürülüb.

Seçilən
49
3
Mənbələr
Şərh ()
Bağla