AZ

Pakistan böyük faciənin qarşısını aldı

Pakistanın təhlükəsizlik qüvvələrinin Hayber-Paxtunxva əyalətində keçirdiyi əməliyyat nəticəsində azı iki terrorçu zərərsizləşdirilib.
Aktual.az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə əlaqələr xidməti məlumat yayıb.
Məlumata görə, təhlükəsizlik qüvvələri Dera İsmayıl-Xan dairəsində antiterror əməliyyatı keçirib. Onların hədəfi yaraqlıların sığınacaqlarından biri olub və bu barədə məlumat yerli təhlükəsizlik orqanları tərəfindən verilib.
Toqquşma nəticəsində iki ekstremist məhv edilib. Hadisə yerindən terrorçuların Pakistan vətəndaşlarına qarşı istifadə etməyi planlaşdırdıqları silah, sursat və əldəqayırma partlayıcı qurğular götürülüb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
5

1Mənbələr

Şərh ()
Bağla