AZ

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

Ukraynanın İrpen şəhəri ilə Azərbaycanın Laçın şəhərinin qardaşlaşmış şəhərlər olması istiqamətində işlər aparılır.

Bu barədə İrpen şəhər Meriyasından məlumat verilib.

“Biz Azərbaycanın Laçın şəhəri ilə İrpen şəhəri arasında tərəfdaşlıq yaratmaq üçün işləyirik. Artıq Azərbaycan və Ukraynanın müvafiq qurumları ilə müvafiq işlər aparılır”, – deyə məlumatda bildirilib.

Qeyd olunub ki, iki şəhər arasında gələcək qardaş şəhər münasibətləri Azərbaycan və Ukrayna arasında əməkdaşlığın möhkəmlənməsinə təkan verəcək.

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a Laçın və İrpen şəhərlərinin qardaşlaşmış şəhərlər olması istiqamətində işlərin aparıldığını təsdiqləyiblər.

Seçilən
68
50
Mənbələr
Şərh ()
Bağla