AZ

BP Tesla-nın enerji doldurma stansiyalarını alır

Böyük Britaniyanın BP şirkəti Tesla-nın ABŞ-da elektrikli avtomobillər üçün sürətli enerji doldurma stansiyalarını almaq istəyir.

Musavat.comn xəbər verir ki, bu barədə məlumatı Financial Times yayıb.

Bu ayın əvvəlində Tesla-nın sahibi Elon Mask sürətli enerji doldurma stansiyalarının Supercharger şəbəkəsinə cavabdeh olan bölmənin demək olar ki, bütün komandasını işdən çıxarıb. Mask bu sahəni inkişaf etdirməyə davam edəcəyini, lakin şəbəkənin genişlənmə tempinin azalacağını bildirib.

BP isə 2030-cu ilə qədər özünün enerji doldurma infrastrukturunun inkişafına 1 milyard dollar sərmayə qoymaq niyyətindədir. O cümlədən şirkət yaxın 2-3 il ərzində ABŞ-da 3 mindən çox sürətli enerji doldurma stansiyası quraşdırmaq üçün 500 milyon dollar xərcləməyi planlaşdırır.

"Biz şəbəkəmizi genişləndirmək üçün aktivlər əldə etməyə sadiqik və diqqətimiz Tesla-nın bu yaxınlarda verdiyi açıqlamadan sonra gücləndi", - BP-nin bəyanatında deyilir.

BP üçün ən maraqlı ərazilər ABŞ-ın şimal-şərqi, həmçinin qərb sahili və Böyük Göllər bölgəsidir.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
329
2
musavat.com

10Mənbələr