AZ

İsveçdə yenə Quran yandırıldı

İsveçin paytaxtı Stokholmda Ceyd Sandberq adlı bir qadın Quran kitabını yandırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə Türkiyənin "A Haber" telekanalı X sosial şəbəkəsində məlumat yayıb.

Qadın Quranı İslam əleyhinə çıxış edərkən və yanan kitabın üzərində iki taxtadan hazırlanmış xaç tutaraq yandırıb.

Hadisənin İsveç polisinin müşahidəsi altında keçirildiyi bildirilir.

Xatırladaq ki, ötən ilin iyun ayında da Stokholmun mərkəzində Quran yandırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
76
14
Mənbələr
Şərh ()
Bağla