AZ

İsveçdə bir qadın Quran kitabını yandıraraq aksiya keçirib

Qadın mikrofonla İslam əleyhinə çıxış edərək Quranın üzərində taxtadan hazırlanmış xaç tutaraq kitabı yandırıb
İsveçin paytaxtı Stokholmda bir qadın polisin nəzarəti altında müsəlmanların müqəddəs kitabı Qurani-Kərimi yandırıb. AYNA xəbər verir ki, bu barədə Türkiyənin “A Haber” telekanalı “X” sosial şəbəkəsində məlumat yayıb.
Telekanal Jade Sandberg adlı qadının hərəkətinin videosunu yayıb.
Qadın mikrofonla İslam əleyhinə çıxış edərək Quranın üzərində taxtadan hazırlanmış xaç tutaraq kitabı yandırıb.
“İsveçdə daha bir alçaq hərəkət”, - deyə telekanal aparıcısı qeyd edib.
Videoda həmçinin polis əməkdaşlarının aksiyaya mane olmadığı görünür.
Qeyd edək ki, bundan əvvəl Hollandiyanın Arnhem şəhərinin meri Əhməd Markus Quranın yandırılması aksiyasına haqq qazandıraraq, belə nümayişlərin Hollandiyada qanunla qadağan olunmadığını bildirmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
14
ayna.az

10Mənbələr