AZ

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Erməni politoloq Stepan Danielyan Tavuşda başlayan və genişlənən etiraz aksiyalarının “inqilaba səbəb olmaması”ndan narahatlığını bildirib.

Axar.az xəbər verir ki, o, 2018-ci ildə də eyni prosesin yaşandığını, ancaq hazırda 2018-ci ilin aprelində baş verənlərin təkrarlanmadığını deyib.

“Məlum olur ki:

- yollar polis əməkdaşlarının köməyi ilə açıla bilər,

- mitinqə gələn hərbçilər qorxuya düşə bilər, üzr istəyər,

- dövlət qurumları hücuma məruz qaldıqda siz bunkerə girib, insanların yorulmasını gözləyə və yenidən bunkeri tərk edə bilərsiniz.

Sual yaranır: 2018-ci ildə baş verənlər niyə indi baş vermir? Məndən cavab gözləməyin”, - politoloq qeyd edib.

Onun sözlərinə görə, səbəblər çoxdur:

“- hamı başa düşür ki, Paşinyan getsə, köhnə kriminal klanlar hakimiyyətə qayıdacaq;

- xalq müxalifətin intriqalarından bezib;

- hər kəs yaşamaq deyil, sağ qalmaq məcburiyyətində olduğu şəraitdən yorulub;

- insanlar get-gedə anlamağa başladılar ki, bütün problemlərin həlli Azərbaycanla sülh müqaviləsi imzalamaqdan, ərazi iddialarından əl çəkməkdən, regionda kommunikasiyaların açılmasından keçir”.

Seçilən
60
2
1

1Mənbələr

Şərh ()
Bağla