AZ

Mübahisəli qərar verdi, baş məşqçi qovuldu, top dirəkdən döndü - VİDEO

Azərbaycan II Liqasında XXII tur arxada qalıb.

"Kür-Araz" İmişlidə "Ağsaş"ı qəbul edib.

İki bölgə təmsilçisinin duelində qapılara beş qol vurulub. Hesab erkən açılıb.

Çıxışda səhvə qol verən qonaqların qapıçısı Ümid Paşayev topu uzaqlaşıra bilməyib və Elariz Xəlilli bəlkə də karyerasının ən asan qollarından birinə imza atıb. Bir qədər sonar Nicar Fərəcli (avtoqol müəllifi olub.

O, cərimə zərbəsindən göndərilən “yuvarlaq meşin”i səhvən öz qapısına istiqamətləndirib. 26-cı dəqiqədə səhnəyə Cavid İmamverdiyev çıxıb.

“Neftçi”nin və millinin sabiq yarımmüdafiəçisi penaltini qaçırmayıb. Fasiləyə az qalmış Azad Əzimli cinah ötürməsini 1 metr məsafədən başla qapıdan keçirməklə, hesabı yenidən bərabərləşdirib.

İkinci yarı daha sürətli və gərgin alınıb. 49-cu dəqiqədə meydanda qarışıqlıq düşüb. Cərimə meydançası daxilində Ramazan Abbasova qarşı kobudluğun olmasını görən Rövşən Rəcəbov penalti təyin edib.

Referinin qərarı “Ağdaş”ın baş məşqçisi Ruslan Hüseynovu özündən çıxarıb. Gənc çalışdırıcı baş hakimə etirazını sərt şəkildə bildirib,

nəticədə qarşısında qırmızı vərəqə görərək tezniki zonadan uzaqlaşdırılıb. Topa yaxınlaşam İmamverdiyevdin zərbəsi dirəkdən dönüb, belədə mübarizə bir qədər də qızışıb.

Qonaqların iki epizodda tələsməsi “Kür-Araz”ın karına çatıb. Ev sahibləri də öz növbəsində təhlükə yaratmağa davam ediblər və inanılmaz imkanları dəyərləndirə bilməyiblər.

Yalnız 85-ci dəqiqədə Ramazan Abbasov komanda yoldaşlarının bacarmadığını edib. “Bakı”dan tanıdığımız yarımmüdafiəçi topu cərimə meydancasının daxilindən qapının uzaq küncünə “sancıb”.

Qarşılaşma İmişli təmsilçisinin 3:2 hesablı qələbəsi ulə başa çatıb.

Xallarını 35-ə yüksəldən "Kür-Araz" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 20 xalı olan "Ağdaş" isə 10-cu yerdədir.

SPORTİNFO.AZ

Heydər Əliyev adına İmişli şəhər stadionu. 400 tamaşaçı
Baş hakim: Rövşən Rəcəbov
Baş hakimin köməkçiləri: Tərlan Talıbzadə, Kərim Zeynalov
Dördüncü hakim: Mahmud Bağırzadə
Hakim-inspektor: Zöhrab Abbasov
AFFA nümayəndəsi: Namiq Əliyev
Sarı vərəqələr: Nicat Fərəcli, 63 (qeyri-idman hərəkəti); Elnur Məmmədov, 78 (qeyri-idman hərəkəti); Rüfət Rəhimzadə, 90+4 (qeyri-idman hərəkəti) // Ramal Əhmədov, 49 (hakimin qərarına etiraz), 86 (qeyri-idman hərəkəti); Nicat Baxşiyev, 49 (hakimin qərarına etiraz); Ülvi Sarıyev, 49 (hakimin qərarına etiraz); Aqşin Yaqubov, 69 (qeyri-idman hərəkəti); Taleh Yusifli, 75 (qeyri-idman hərəkəti); Fuad Hüseynov, 85 (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: Ramal Əhmədov, 86
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Ruslan Hüseynov, 49 (hakimin qərarına etiraz)
Qollar: Elariz Xəlilli, 5; Cavid İmamverdiyev, 26 (p.); Ramazan Abbasov, 85 // Nicat Fərəcli, 11 (ö.q.); Azad Əzimli, 45
Qolla nəticələnməyən penalti: Cavid İmamverdiyev, 50
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

Kür-Araz”

1. Əzəmət Müseyibov
11. Ramazan Abbasov
(13. Yəhya Babayev, 90+2)
14. Elnur Məmmədov (k)
10. Cavid İmamverdiyev
(21. Rüfət Rəhimzadə, 89)
8. Cavidan Musazadə
22. Mirabbas Mirbabayev
18. Nicat Fərəcli
77. Museyib Vəlizadə
15. Babək Yaqublu
17. Elariz Xəlilli
5. İlkin Hüseynli
Ehtiyat oyunçular:
99. Novruz Qəhrəmanov
4. Fərid Oruczadə
2. Məhərrəm Heydərov
25. İxtiyar Quliyev
44. Ramal Aslanlı
Baş məşqçi: Ələmdar Mustafayev

“Ağdaş”

12. Ümid Paşayev
90. Nicat Baxşiyev
3. Səbuhi Ağayev (k)
(19. Mahir Salmanov, 88)
17. Ramal Əhmədov
4. Azad Əzimli
24. Elvin İsmayılov
(26. Taleh Yusifli, 72)
7. Taryel Zeynalov
28. Ülvi Sarıyev
30. Fuad Hüseynov
5. Xəyal Əmirli
16. Aqşin Yaqubov
(6. Tural Əjdərli, 80)
Ehtiyat oyunçular:
1. Pünhan Hacıbalayev
13. Şahin Cəfərov
77. Oleq Xəlilov
33. Tofiq Əliyev
36. Şahin Həsənli
14. Elxan Məhərrəmov
18. Ağamurad Hüseynov
Baş məşqçi: Ruslan Hüseynov

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla