- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Azərbaycan II Liqasında XXII tur arxada qalıb.
"Kür-Araz" İmişlidə "Ağsaş"ı qəbul edib.
İki bölgə təmsilçisinin duelində qapılara beş qol vurulub. Hesab erkən açılıb.
Çıxışda səhvə qol verən qonaqların qapıçısı Ümid Paşayev topu uzaqlaşıra bilməyib və Elariz Xəlilli bəlkə də karyerasının ən asan qollarından birinə imza atıb. Bir qədər sonar Nicar Fərəcli (avtoqol müəllifi olub.
O, cərimə zərbəsindən göndərilən “yuvarlaq meşin”i səhvən öz qapısına istiqamətləndirib. 26-cı dəqiqədə səhnəyə Cavid İmamverdiyev çıxıb.
“Neftçi”nin və millinin sabiq yarımmüdafiəçisi penaltini qaçırmayıb. Fasiləyə az qalmış Azad Əzimli cinah ötürməsini 1 metr məsafədən başla qapıdan keçirməklə, hesabı yenidən bərabərləşdirib.
İkinci yarı daha sürətli və gərgin alınıb. 49-cu dəqiqədə meydanda qarışıqlıq düşüb. Cərimə meydançası daxilində Ramazan Abbasova qarşı kobudluğun olmasını görən Rövşən Rəcəbov penalti təyin edib.
Referinin qərarı “Ağdaş”ın baş məşqçisi Ruslan Hüseynovu özündən çıxarıb. Gənc çalışdırıcı baş hakimə etirazını sərt şəkildə bildirib,
nəticədə qarşısında qırmızı vərəqə görərək tezniki zonadan uzaqlaşdırılıb. Topa yaxınlaşam İmamverdiyevdin zərbəsi dirəkdən dönüb, belədə mübarizə bir qədər də qızışıb.
Qonaqların iki epizodda tələsməsi “Kür-Araz”ın karına çatıb. Ev sahibləri də öz növbəsində təhlükə yaratmağa davam ediblər və inanılmaz imkanları dəyərləndirə bilməyiblər.
Yalnız 85-ci dəqiqədə Ramazan Abbasov komanda yoldaşlarının bacarmadığını edib. “Bakı”dan tanıdığımız yarımmüdafiəçi topu cərimə meydancasının daxilindən qapının uzaq küncünə “sancıb”.
Qarşılaşma İmişli təmsilçisinin 3:2 hesablı qələbəsi ulə başa çatıb.
Xallarını 35-ə yüksəldən "Kür-Araz" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 20 xalı olan "Ağdaş" isə 10-cu yerdədir.
SPORTİNFO.AZ
Heydər Əliyev adına İmişli şəhər stadionu. 400 tamaşaçı | |||
|
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.