AZ

“Crocus City Hall”dakı terror aktı ilə bağlı 12-ci şübhəli həbs edildi

Bakı. Trend:

Rusiyada “Crocus City Hall”dakı terror aktında iştirak etməkdəşübhəli bilinən daha bir şəxs həbs edilib.

Trend rus KİV-lərinəistinadən xəbər verir ki, məhkəmə “Crocus City Hall”da terror aktıilə bağlı 12-ci şübhəli şəxsi - Tacikistan vətəndaşı, 21 yaşlıCumaxon Kurbonovu həbs edib.

Məlumata görə, o, bundan əvvəl Moskvada xırda dələduzluğa görəhəbs edilmişdi. Rusiya Federasiyasında Cumaxon Kurbonov qeyri-rəsmiişləyib, yataqxanada yaşayıb.

Konsert zalına hücumla bağlı 12 nəfər həbs edilib, onlardan 11-iterror aktı maddəsi ilə, daha bir nəfər əcnəbi vətəndaşın saxtaqeydiyyatı haqqında maddə ilə ittiham olunur.

Xatırladaq ki, martın 22-də axşam saatlarında Krasnoqorskda“Crocus City Hall” konsert zalında terror aktı baş verib. Silahlışəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonrapartlayışlar baş verib və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi“terror aktı” maddəsi ilə bağlı cinayət işi açıb.

Hadisə nəticəsində 551 nəfər yaralanıb, 145 nəfər (altısı uşaq)həlak olub. Hadisəni törədən terrorçular Tacikistan vətəndaşlarıŞamsidin Fariduni, Saidakrami Murodali Raçabalizoda, DalerconMirzoyev və Muhammadsobir Fayzov həbs olunublar. Onlar istintaqtəcridxanasına göndəriliblər. Onları ömürlük həbs gözləyir

İstintaq davam edir.

Məqalədə:
Seçilən
98
9
Mənbələr
Şərh ()
Bağla