AZ

Emindən terror hadisəsi ilə bağlı paylaşım - "40 gün əvvəl..."

Xəbər verdiyimiz kimi,  martda Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib.

 

Sfera.az-ın məlumatına görə, Xalq artisti Emin Ağalarov hadisə ilə bağlı növbəti dəfə paylaşım edib. O, terrordan 40 gün keçdiyini vurğulayıb.

 

"40 gün əvvəl "Crocus City Hall"da 144 nəfərin ölümü ilə nəticələnən dəhşətli terror aktı baş verdi. Yüzlərlə insan zərər çəkdi, bir çoxunun hələ də köməyə ehtiyacı var.

 

Bütün bu günlərdə Müslüm Maqomayev Fondu zərərçəkənlərə kömək məqsədilə xeyriyyə aksiyası keçirib. Qayğıkeş insanların sayəsində fond təxminən 140 milyon rubl toplaya bildi. Bu müddət ərzində ölən və yaralananların 80-dən çox ailəsi və yaxınları kömək istəyib.

 

Mən bir daha həlak olanların bütün ailələrinə səmimi başsağlığımı, o dəhşətli axşam insanların xilasına kömək edən hər kəsə dərin təşəkkürümü və bütün qurbanlara hələ də dəstək verənlərə böyük hörmətimi bildirmək istəyirəm" deyə, E.Ağalarov yazıb.

 

Qeyd edək ki, Moskvada "Crocus City Hall"da terror aktı martın 22-də törədilib. Ən son məlumata görə, hadisə nəticəsində 144 nəfər həlak olub, daha 551 nəfər isə xəsarət alıb. Terror aktını törətməkdə təqsirləndirilən 4 nəfər həbs edilib. Saxlanılan daha 5 nəfər isə cinayətdə iştirak etməkdə ittiham olunur.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
183
9
Mənbələr
Şərh ()
Bağla