AZ

ABŞ-da əhalinin xərcləri 0.8% artıb

ABŞ-da əhalinin gəlirləri fevral ayı ilə müqayisədə mart ayında 0.5% artıb. Bu barədə ölkənin Ticarət Nazirliyinin İqtisadi Təhlil Bürosu məlumat yayıb.

Fins.az xəbər verir ki, İstehlak xərclərində isə aylıq 0.8%-lik artım qeydə alınıb. Ekspertlər isə 0.6%-lik artım proqnozlaşdırmışdılar.

Gəlirlərin artımı isə analitiklərin proqnozları ilə üst-üstə düşüb və 0.5% təşkil edib. 

Həmçinin Şəxsi Xərc Qiymət İdeksi aylıq ifadədə 0.3%, illik ifadədə isə 2.7% artıb. Qeyd olunan indeks üzrə proqnozlar aylıq ifadədə 0.3%, illik ifadədə isə 2.6% idi.

Eləcə də, Şəxsi Xərclərin Baza Qiymət İndeksi aylıq ifadədə proqnozlarla üst-üstə düşüb və 0.3% təşkil edib, illik ifadədə isə 2.6%-lik proqnozları üstələyərək, 2.8% səviyyəsində dərc olunub.

Seçilən
13
3
Mənbələr
Şərh ()
Bağla