AZ

ABŞ-da işsizlik səviyyəsi gözlənilmədən 3.8%-ə enib

ABŞ-ın Əmək Nazirliyinin məlumatına əsasən, ölkədə işsizlik səviyyəsi fevral ayı ilə müqayisədə mart ayında 3.9%-dən 3.8%-ə qədər enib. Həmçinin Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (NFP) 303 min artıb.

Fins.az xəbər verir ki, analitiklər işsizlik səviyyəsinin fevral ayında olduğu kimi, 3.9% səviyyəsində qalacağını, ”NFP”-nin isə 200 min artacağına ehtimal edirdilər.

Eyni zamanda, nazirlik fevral ayı üçün NFP göstəricisini yeniləyib - 275 mindən 270 minə.

Qeyd etmək lazımdır ki, mart ayında ölkədə orta saatlıq əmək haqqı aylıq ifadədə 0.3% və ya 0.12$ artaraq 34.69$ təşkil edib. İllik ifadədə isə 4.1%-lik artım qeydə alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
3
fins.az

4Mənbələr