AFFA-nın yeni rəhbərliyi aşağı yaş qrupları üzrə millilərlə bağlı konsepsiya üzərində işləməyə başlayıb.
Bu barədə federasiyadan redaksiyamıza məlumat gəlib.
Bildirilib ki, aprelin 2-də qurumun prezidenti seçilən Rövşən Nəcəf yığmaların hazırkı məşqçi korpusu ilə əməkdaşlığa son verilməsini tapşırıb.
Mayın sonunadək qüvvədə olan müqavilə iyunun 1-də uzadılmayacaq.
AFFA-nın sayca dördüncü başqanı bu komandaların eyni ölkəni təmsil edən xarici mütəxəssislərə həvalə olunmasını istəyir.
Məsələyə mayda İcraiyyə Komitəsinin iclasında baxılması planlaşdırılıb.
SPORTİNFO.AZ