AZ

Jurnalistdən terrorçuya dəstək, Azərbaycana qarşı təxribat-FOTO

Türkiyəli qəzet yazarı Uzay Bulut növbəti dəfə Azərbaycana qarşı əsassız ittiham irəli sürüb.

Musavat.com xəbər verir ki, Uzay Bulut X sosial media hesabındakı paylaşımında Azərbaycanın erməni əsilli girovlara işgəncələr etdiyini iddia edib. O yazıb: “Hazırda Viken cəzasını dünyanın ən məşhur həbsxanalarından birində təkadamlıq kamerada çəkir. Onun fiziki və ruhi sağlamlığı üçün ailəsi çox narahatdır”.

Qeyd edək ki, sözügedən məhkum İkinci Qarabağ müharibəsində döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamdır.

O ki qaldı Uzay Buluta, jurnalist daha öncə də Azərbaycan, o cümlədən Türkiyəyə qarşı əsassız iddialar səsləndirib. O,Türkiyənin Yunanıstana, Azərbaycanın isə Ermənistana qərəzli mövqedə olduğunu, “Dağlıq Qarabağın” müstəqilliyinin tanınmasının önəmli olması və s. kimi absurd fikirlər müəllifi kimi tanınır.

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
97
1
Mənbələr
Şərh ()
Bağla