AZ

Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO

“Nə qardaşımın, nə də atamın məzarını tapa bildik. Ermənilər Qarağacı qəbiristanlığını bütünlüklə dağıdıblar. Böyük ümidlərlə getmişdik, ancaq əliboş qayıtdıq”.
 
Moderator.az xəbər verir ki, bunu Azərbaycanın Qarabağda verdiyi ilk iki şəhiddən biri olan Bəxtiyar Quliyevin bacısı Nailə Quliyeva deyib. O bildirib ki, Ağdam işğaldan azad olunandan sonra qardaşının dəfn olunduğu qəbiristanlığa gediblər və gördüklərinə inanmayıblar.
 
“Anam son nəfəsinə qədər qardaşımın məzarını ziyarət etməyi arzulayırdı. Onun vəsiyyətini yerinə yetirmək üçün portalda qeydiyyatdan keçib Şıxbaba kəndinə getdik. Ancaq gördüklərimiz bütün xəyallarımı yerlə bir etdi. Qarağacı məzarlığında bir qəbir salamat qalmamışdı. Atamı da orada dəfn etmişdik. Nə onun, nə də qardaşımın qəbrini tapa bildik. Böyük üzüntü ilə geri qayıtdıq”.
 
Bacısının sözlərinə görə, gələcəkdə Qarağacı qəbiristanlığında qardaşına yenidən məzar abidəsi qoyacaqlar:
 
“Onun adına bir abidənin olmasını istəyirik. Çünki anam illərlə o məzara həsrət yaşadı, o həsrətlə bu dünyadan köçdü. Hətta Ağdam torpağından gətirib onun qəbrinin üzərinə tökdük”.
 
N.Quliyeva bildirir ki, köç başlayan zaman qardaşı və bacısı ilə birlikdə Ağdama gedəcəklər.
 
 
Qeyd edək ki, 1988-ci ildə Sovet İttifaqının rəhbərləri tərəfindən himayə olunan Ermənistan Azərbaycana qarşı torpaq iddiasına başladı. Bu iddia bir ssenari ilə həyata keçirilirdi.
 
1988-ci il fevralın 21-də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar legitim olmayan iclasında vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul edildi. Sessiyada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Azərbaycan və Ermənistanın hakimiyyət orqanlarına müraciət olundu. Həmin vaxt ermənilər Xankəndidə vilayət Partiya Komitəsinin binası qarşısında mitinq keçirir, Azərbaycana qarşı əsassız iddialar səsləndirir, qərarın dərhal SSRİ Ali Sovetinə göndərilməsini tələb edirdilər.
 
 
Belə bir məqamda Azərbaycan rəhbərliyi sussa da, Qarabağ əhalisi bələd olduğu erməni məkrini dayandırmaq üçün səfərbər olur, SSRİ rəhbərliyindən ədalətsizliyə son qoyulmasını tələb edirdi. Fevralın 21-də minlərlə azərbaycanlı ermənilərin əsassız iddialarına etiraz etmək üçün Ağdamın mərkəzində toplaşdı. Fevralın 22-də səhər saatlarında silahsız azərbaycanlılar Əsgərana doğru hərəkət etdilər. Yürüş edənlərin məqsədi dava salmaq yox, yaranan anlaşılmazlığa son qoymaq idi.
 
Əli ilə Bəxtiyar da mitinqçilər sırasında idilər və haqsızlığa qarşı var səsləri ilə hayqırırdılar. Azğın düşmən tərəfindən mitinqçilərə doğru açılan qəfil atəşlə Əli və Bəxtiyar şəhid edildilər.
 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
189
12
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22905
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14411
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13659
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11334
Helikopterin qalıqları tapılıb
8814
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7944
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6950
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6661
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5155
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4661
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4079
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3819
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3764
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3533
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2798
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2068
Azərbaycan nefti ucuzlaşdı
1611
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1602
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1367
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1351