AZ

“Astana formatı” reallaşır...

XİN başçıları Qazaxıstanda görüşəcək

Cənubi Qafqazda münasibətlərin normallaşması prosesi qlobal miqyasda diqqətlə izlənir. Bunun nəticəsidir ki, ayrı-ayrı vaxtlarda bir sıra dövlətlər bu məsələnin həlli ilə bağlı açıq münasibət sərgiləyiblər. Bütünlükdə sülh prosesinə sadiqlik nümayiş etdirən Azərbaycan isə məsələlərin həlli ilə bağlı ikitərəfli görüşlərin neytral zonalarda - hər iki ölkə üçün uyğun sayılan məkanlarda keçirilməsinə hər zaman tərəfdar olub. Bizim üçün əsas məsələ müdaxilə edilmədən iki tərəfin münasibətlərinin müəyyənləşməsi istiqamətində uğurların əldə edilməsidir. 

Yeri gəlmişkən, aprel ayında iki dövlətin müvafiq delimitasiya və demarkasiya komissiyalarının görüşü və əldə olunan razılıqlar sülh prosesində yeni mərhələ başladıb. Artıq sülhlə bağlı mövqelər aydın şəkildə ifadə olunur və ikitərəfli görüşlərin intensiv hal alması mütləq şərtə çevrilib. Təsadüfi deyil ki, iki ölkənin XİN başçılarının yeni görüşü də planlaşdırılır. Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə razılıq verib. Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında bildirib ki, əgər Ermənistan da buna razılaşsa, XİN rəhbərlərinin növbəti görüşü Qazaxıstanda keçiriləcək.

Ermənistan tərəfi də görüşlə bağlı məsələyə razıdır - lakin dəqiq tarix hələ razılaşdırılmayıb. Bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib. O qeyd edib ki, Ermənistan Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə yönəlmiş vasitəçilik səylərini və istənilən danışıq platformalarını dəstəkləyir. 

Son proseslər mövqelərin yaxınlaşmasından xəbər verir

Azərbaycan sülh gündəliyini dəstəkləyir - ölkəmizin sülh prosesi ilə bağlı mövqeyi bəlli və şəffafdır. Sülh danışıqları üçün baza prinsipi kimi irəli sürülən məsələlər, eyni zamanda, dekabr və apreldə əldə olunan razılıqlar iki dövlətin münasibətlərinin yaxınlaşmasında əsaslı rol oynamaq imkanındadır. Bu, həm qarşılıqlı etimadın yüksəlməsinə, həm də yeni reallıqlarda aradan qaldırılacaq problemlərin həllinə yaxından kömək olar. Azərbaycan hər zaman bəyan edib ki, sülhün və təhlükəsizliyin davamlı olması üçün səy göstərir. İndiki halda - artıq iki dövlətin sərhədlərinə ilk dirəklərin basdırılması faktı fikri daha real edir. Qeyd edək ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağı da Azərbaycan torpaqları kimi tanıdığını bəyan etməsi, COP29-a ev sahibliyini dəstəkləməsi, 4 kəndin dinc yolla qaytarılması siyasi razılaşmalar üçün mühüm baza sayıla bilər. İrəvanın məsələdəki səmimiyyəti vacib faktorlardandır. Bu ölkənin yürütdüyü siyasət, məsələlərə münasibəti regionda təhlükəsizlik arxitekturasının daha da gücləndirilməsinə töhfə verməyə istiqamətlənməlidir - başqa sözlə, Paşinyan hakimiyyətinin ortaya qoyacağı siyasi iradə sülhün imzalanmasını daha da tezləşdirə bilər...

Qazaxıstan prosesin müsbət nəticəsində maraqlıdır...

Cənubi Qafqazda sülhün və davamlı sabitliyin formalaşması isə böyük bir coğrafiyanın - Orta Asiya - Cənubi  Qafqaz - Kiçik Asiya bölgəsi üçün mühüm imkanlar, perspektivlər formalaşdırır. Şərq -Qərb tranzitinin yeni seqmenti kimi ortaya çıxacaq bu tranzit imkanlar bütövlükdə, qlobal iqtisadi münasibətlərə yeni ruh vəd edir. Bunun nəticəsidir ki, regonal layihələrin müzüm tərəfdaşları bu prosesin uğurlu həllinə nail olunmasının tərəfdarı kimi çıxış edir. Vurğulanmalıdır ki, Astananın yeni dönəmdə Ermənistan ilə Azərbaycan arasında müzakirə platformasına çevrilməsi imkanları bu ayın ortalarında Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayevin İrəvana səfəri zamanı müzakirə predmeti olmuşdu. Qazaxıstan Prezidentinin Astananın İrəvan və Bakının sülh müqaviləsi bağlamaq istəyini alqışlamasını önə çəkməsi, xoşməramlılıq missiyasını üzərinə götürərək danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu bildirməsi isə bu fikirləri daha da qətiləşdirmişdi.  Kasım-Jomart Tokayev İrəvanda brifinqdə bildirmişdi ki, “Əsas məqsədimiz dost ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq, regionda sülh və davamlı sabitlik üçün yollar açmaqdır”. 

Görünən budur ki, Astana regionun gələcək sabit inkişafında maraqlı olduğunu artıq əməli fəaliyyəti ilə ortaya qoymaqda israrlıdır. Həm Orta Dəhliz seqmentində, həm də TDT platformasında Azərbaycanla tərəfdaş olan Qazaxıstan bölgədə münasibətlərin tənzimlənməsində, Şərq-Qərb tranzitinin diversifikasiya edilməsini istəyir. Eyni zamanda, Tokayevin cəmisi bir ay öncə Bakıya səfər etməsi də diqqətdən yayınmamalıdır. Təbii olaraq, Tokayev Azərbaycanın mövqeyini dəqiqləşdirib və İrəvandan “verilən bəyanat” bunun göstəricisidir. Qazaxıstan Azərbaycan tərəfinin şərtlərini bilir və sülhün yalnız bu çərçivədə imzalamaq perspektivini anlayır. Bu mənada, hələlik XİN başçıları səviyyəsində danışıqlar prosesinin yeni coğrafiyaya daşınması müsbət perspektivin ilkin işartısıdır...

P.İSMAYILOV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
31
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
36589
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24099
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18951
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14860
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
13052
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11609
Helikopterin qalıqları tapılıb
11030
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7763
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6860
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6410
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5664
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5431
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4674
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4336
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3845
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3343
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3120
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2337
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2258