AZ

Azərbaycanla sərhəddə toqquşma - xeyli sayda yaralı

Aprelin 26-da axşam saatlarında Xeyrimli kənd  sakinləri Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinə etiraz olaraq bağladıqları yol boyu hərəkət etməyə çalışan avtomobillərdən birini saxlayıblar.

Ölkə.Az xəbər verir ki, etirazçılar yolda dövlət nömrə nişanı olmayan  avtomobildəki insanların düşməsini tələbə ediblər.  

"Qara beretlilər"  avtomobilin sərbəst yolu keçməsi, yolu açmaq üçün etirazçılara qarşı güc tətbiq etməyə başlayıb. Nəticədə yolu kəsən ermənilərlə  polis arasında toqquşma baş verib. Toqquşma zamanı  5 kənd sakini və iki polis yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib. 

Verilən xəbər görə, xəstəxanadan evə buraxılıblar.

Etirazçılar toqquşma zamanı polisin səs-küylü qumbaradan istifadə etdiyini bildirsələr də, polis bu məlumatı təkzib edib.

Mürtəza
Ölkə.Az

Seçilən
13
50
Mənbələr
Şərh ()
Bağla