AZ

FIFA prezidenti "Qarabağ"ı təbrik etdi

FIFA prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqasının qalibi olmuş "Qarabağ" klubunu təbrik edib.Senzor.az bildirir ki, o, bununla bağlı AFFA prezidenti Rövşən Nəcəfə məktub göndərib.Məktubda deyilir: “Hörmətli prezident, bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu “Qarabağ” FK-nı təbrik etməkdən məmnunam!Onların mövsümboyu davamlı səyləri və nəticələri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm.Hörmətli prezident, ölkənizdə futbolun inkişafı üçün göstərdiyiniz davamlı dəstəyə, əməyə və fədakarlığa görə sizə və assosiasiyanıza təşəkkür etməklə yanaşı, sizi tezliklə yenidən görməyi səbirsizliklə gözləyirəm".Xatırladaq ki, “Qarabağ” çempionluğu Premyer Liqanın sonuna 8 tur qalmış təmin edib.

Seçilən
2
37
Mənbələr
Şərh ()
Bağla