AZ

Canni İnfantino "Qarabağ"a görə Rövşən Nəcəfə məktub göndərdi

FIFA prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün qalibi olan "Qarabağ" klubunu təbrik edib.

Publika.az xəbər verir ki, funksioner bununla bağlı AFFA prezidenti Rövşən Nəcəfə məktub ünvanlayıb.

“Hörmətli prezident, bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu “Qarabağ” FK-nı təbrik etməkdən məmnunam!

Onların mövsümboyu davamlı səyləri və nəticələri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
25
publika.az

10Mənbələr