AZ

"Ölkəmiz bu mötəbər tədbirə yüksək səviyyədə hazırlıq işlərini həyata keçirir"

Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, bölgənin iqtisadi, siyasi və humanitar mərkəzi kimi çıxış edir. Şübhəsiz ki, bunu təmin edən başlıca strateji faktor həyata keçirilən uğurlu daxili və xarici siyasət kursudur. Cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, artıq Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi mühüm məkana çevrilmişdir. Bu tədbirlərdən biri də ADA Universitetində təşkil olunan və müxtəlif beyin mərkəzlərinin iştirak etdiyi  “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumdur. Azərbaycanın COP29-a ev sahibliyi etdiyi vaxtda belə bir beynəlxalq forumun ölkəmizdə təşkil olunması olduqca mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, forum çərçivəsində cənab Prezident İlham Əliyev sualları cavablandırarkən daxili və xarici auditoriyaya mühüm mesajlar verib. Ölkə Başçısı COP29-un Azərbaycanda keçirilməsinin ölkəmiz üçün əhəmiyyətini və eləcə də, ənənəvi və bərpa olunan enerji sahəsində ölkəmizin qazandığı uğurlara xüsusilə diqqət çəkib.
 
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
 
Deputat bildirib ki, Prezident İlham Əliyevin qətiyyətli,uzaqgörən, praqmatik siyasətinin nəticəsidir ki, ölkəmiz dünyada etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib. COP29 beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar beynəlxalq ictimaiyyət tərəfindən verilən yekdil qərar da bunun əyani sübutudur. Cənab Prezdentin forum da dediyi kimi “COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir.” Ölkəmiz bu mötəbər tədbirə yüksək səviyyədə hazırlıq işlərini həyata keçirir. Şübhəsiz ki, COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin  əldə edilməsindən də gedir.
 
Millət vəkili diqqətə çatdırıb ki, Azərbaycan iqlim dəyişiklikləri ilə mübarizəyə olduqca böyük önəm verir və bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Bu baxımdan COP29 beynəlxalq tədbirinin iqlim dəyişiklikləri ilə mübarizə baxımından olduqca əhəmiyyətli olacağına əminik. Azərbaycanda ətraf mühitin mühafizəsinə böyük əhəmiyyət verilir. Cənab Prezident bu haqda  çıxışında qeyd edib ki, “Ölkəmizdə 1994-cü ildən bəri bütün neft əməliyyatları beynəlxalq ətraf mühit mühafizəsi standartlarına əsasən aparılır. Bizim əsas investorlarımız dünyanın aparıcı enerji şirkətləridir və sözsüz ki, hər kəs onların ətraf mühitə diqqət yetirdiyinin yaxşı bir nümunə olduğunu bilir”. Şübhəsiz ki, burada ən mühüm məqamlardan biri də neft hasil edən bir ölkənin COP29-a ev sahibliyi etməsidir. Bu olduqca mühüm məqamdır. Azərbaycan ənənəvi enerji resurslarından ölkənin inkişafı, yoxsulluğun azaldılması, infrastruktur və yaşıl enerjiyə keçidin həyata keçirilməsi məqsədilə məharətlə istifadə edir. Cənab Prezidentin dediyi kimi “...Beləliklə, bu gün biz sabit neft və artan qaz hasilatına malikik, eyni zamanda, yaşıl enerji layihələrini inkişaf etdiririk...” Bu ölkəmizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən önəmli məqamdır. Bununla yanaşı, Azərbaycan qazıntı yanacağı təchizatı istiqamətində həyata keçirdiyi layihələri daha da inkişaf etdirir. Beləki, Avropaya qaz təchizatının 2027-ci ildə 20 milyard kubmetrə qədər artması nəzərdə tutulur. Bu, ölkəmiz üçün bir hədəfdir. Bu il Avropaya qaz təchizatımız təqribən 12 milyard kubmetr olacaq. Bu, 2021-ci illə müqayisədə 4 milyard kubmetr çoxdur. Bütün bunlar Azərbaycanın enerji siyasətinin uğurlarıdır. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
 
Millət vəkili Tamam Cəfərova xüsusilə qeyd edib ki, Prezident İlham Əliyevin forumdakı çıxışı və iştirakçıların suallarına verdiyi cavabları beynəlxalq münasibətlər sistemində baş verən proseslər və gələcək barədə mühüm çağırışları özündə ehtiva edirdi. Ölkə Başçısının söylədiyi hər bir fikir Azərbaycanın qlobal miqyasda mövqeyinin və Cənubi Qafqaz regionunda yerinin nə qədər önəmli olduğunu vurğulayan fikirlərlə zəngin idi. Ümumən, bu forum Azərbaycanın beynəlxalq siyasi arenada mühüm aktorlardan birinə çevrildiyini göstərmək baxımından mühüm əhəmiyyət kəsb edir. 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13519
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10794
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9008
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2866
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2416
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2183
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2028
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1825
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1632
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1510
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
962
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
737
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
663
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
632
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
602
Azərbaycan nefti ucuzlaşdı
582
Arda Gülər dayanmır, yenə fərqləndi -
578
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
573