AZ

“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”

“O da diqqətəlayiqdir ki, Azərbaycan liderinin Rusiya prezidenti ilə son görüşü zamanı “təhlükəsizlik”, “təhlükəsizlik arxitekturası” ifadələrindən də istifadə olunub...”
 
"Bununla belə, mən ona da əminəm ki, gələcəkdə türk dövlətləri arasında güclü bir hərbi təşkilat da yaranacaq..."
 
“İlham Əliyevin son Moskva səfərini və Rusiya lideri V.Putinlə görüşlərinin nəticələrini müsbət dəyərləndirirəm. Hesab edirəm ki, çox uğurlu səfər oldu. Blirsiz, Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, onun ərazisində artıq Rusiya sülhməramlıları da çıxandan sonra, ümumiyyətlə, Rusiya qoşunları yoxdur. Neçə illərdir Gürcüstan da, son illər Ermənistan da deyir ki, biz Qərbmeyilli dövlətik. Ancaq göz qabağındadır ki, son 3 ildə ermənilərlə münaqişə zonasında sülhməramlıların olmasını istisna etsək, Azərbaycanın ərazisində heç bir xarici ölkə bazası, sırf hərbi kontingenti olmadığından o, tam müstəqil bir dövlətdir və öz milli maraqlarına uyğun siyasətini həyata keçirə bilir. Bu səfər də  həmin  uğurlu siyasətin  davamıdır”.
 
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bu fikirləri Moderator.az-a açıqlamasında səsləndirib.
 
“Və onu da deyim ki, artıq bir sıra beynəlxalq dairələr Azərbaycanın regionda öz müstəqil siyasətini yeridən dövlət olduğunu qəbul etməkdədirlər. Bu günlərdə “Frans-press” agentliyinin müxbiri məndən müsahibə götürərkən belə bir fikir işlətdi: “Azərbaycan yeganə dövlətdir ki, indiki çox mürəkkəb  və ziddiyyətli bir geo-siyasi durumda öz məqsədlərinə nail ola bilir”. Yəni göz önündədir ki, Ukrayna kimi ərazi və əhalicə böyük bir Avropa dövləti Qərbin, ABŞ-ın ciddi dəstəyinə də rəğmən Rusiyaya qarşı savaşda öz məqsədlərinə nail ola, ərazi bütövlüyünü bərpa edə bilmir... Azərbaycan bu gün Rusiyanın qonşuluğunda NATO üzvü olan Türkiyə ilə faktiki hərbi müttəfiqdir. Buna baxmayaraq təhlükəsilzik sistemini elə qurub ki,  nə Rusiya, nə də İran burada özü üçün bir təhlükə görür. Bununla belə, mən ona da əminəm ki, gələcəkdə türk dövlətləri arasında güclü bir hərbi təşkilat da yaranacaq...
 
O da diqqətəlayiqdir ki, Azərbaycan liderinin Rusiya prezidenti ilə son görüşü zamanı “təhlükəsizlik”, “təhlükəsizlik arxitekturası” ifadələrindən də istifadə olunub. Bütün bu deyilənləri nəzərə alsaq, Prezident İlham Əliyevin budəfəki Moskva səfəri ölkəmizin gələcəyi üçün yetərincə əhəmiyyətli hesab olunur”, -deyə davamında sabiq baş diplomat vurğulayıb.
 
Sultan Laçın
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14991
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11619
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9370
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3328
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2710
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2636
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2492
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2234
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1898
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1764
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1265
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
887
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
866
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
808
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
797
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
768
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
745
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Mayın ilk gününün havası açıqlanıb
690