AZ

Minsk və Pekin əməkdaşlıq istiqamətini müəyyən ediblər

Belarus və Çin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq yollarını müəyyən ediblər. SİA xəbər verir ki, Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti iki ölkənin hərbi qurumunun başçıları – Viktor Xrenin və Dun Szyunun Astanada, Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin iclası çərçivəsində görüşünün yekunlarına dair məlumat yayıb.

“Tərəflər hərbi sahədə qarşılıqlı fəaliyyətin vəziyyəti və inkişafına dair fikir mübadiləsi aparıb, ortamüddətli və uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər”, - deyə məlumatda bildirilir.

Görüş əsnasında hərtərəfli strateji tərəfdaşlıq statusuna malik Belarus-Çin ikitərəfli münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb.

Belarus və Çinin müdafiə nazirləri iki ölkənin hərbi sahədə əməkdaşlığının mühüm potensialının mövcudluğunu qeyd ediblər.

Seçilən
50
2
Mənbələr
Şərh ()
Bağla