AZ

Ankaradan Ərdoğanın ABŞ-a səfəri ilə bağlı açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfərinin təxirə salındığı rəsmən təsdiqlənib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Mayın 9-da planlaşdırılan səfər proqramdakı uyğunsuzluqlar səbəbindən təxirə salınıb və Türkiyə ilə ABŞ arasında yüksək səviyyəli dialoqun hər iki tərəf üçün əlverişli olan tarixdə reallaşacağı bildirilib.

Qeyd edək ki, daha öncə "Blumberq" agentliyi səfərin təxirə salındığı barədə məlumat dərc edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
74
50
Mənbələr
Şərh ()
Bağla