AZ

Azərbaycanda dəhşətli hadisə: Piyadanın meyitini onu vuran yük maşınına qoydular

Bakı-Şamaxı-Yevlax yolunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

İnterpress.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, yolu keçən piyadanı yük avtomobili vurub. Piyada yerindəcə dünyasını dəyişib. Əraziyə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunublar. Hadisə nəticəsində dünyasını dəyişən şəxsi onu vuran avtomobilin yük hissəsinə qoyublar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib ki, hadisə ötən gün baş verib:

“Sözügedən hadisə aprel ayının 25-də 9:30-da Bakı-Şamaxı-Yevlax yolunun 14-cü km-də baş verib. “Mitsubishi Canter” markalı 01-CK-836 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü piyada zolağında yolu keçən 1938-ci il təvəllüdlü Mehman Yadırlı oğlu Cəfərovu vurub. Mehman Cəfərov hadisə yerində dünyasını dəyişib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır”.

E.Hacıyev sonda sürücülərə müraciət edib:

“Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, bəzi sürücülər qaydalara qeyri-ciddi yanaşırlar. Sonda da bu kimi arzuolunmaz hadisələr baş verir. BDYPİ tərəfindən bu istiqamətdə tədbirlər keçirilir. Sürücü və piyadalarla maarifləndirici söhbətlər aparılır. Lakin bəzi sürücülər qaydalara, təəssüflər olsun ki, qeyri-ciddi yanaşır”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə barədə çağırış daxil olub:

“25.04.2024-cü il tarixində saat 10 radələrində Bakı-Şamaxı yolunda piyadavurma ilə nəticələnən qəza ilə əlaqədar təxminən 65-75 yaşlarında (kişi cinsli) şəxs üçün çağırış daxil olub. Şəxsin həkiməqədər ölümü qeydə alınıb.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları olublar, meyit ərazidən uzaqlaşdırılması üçün təhvil verilib.

Qeyd edirik ki, meyit daşınması təcili tibbi yardım avtomobillərinin fəaliyyət profilinə aid deyil”.

Sözügedən görüntüləri təqdim edirik:/Oxu.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14274
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11295
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9199
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3072
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2604
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2333
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2263
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2158
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1841
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1634
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1194
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
809
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
770
Azərbaycan nefti ucuzlaşdı
759
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
724
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
692
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
677
Arda Gülər dayanmır, yenə fərqləndi -
604