Son 24 saat ərzində Qəzza zolağında 51 nəfər ölüb, 75 nəfər yaralanıb.Manset.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Departamentin məlumatına görə, İsrailin oktyabrın 7-dən Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin ümumi sayı 34 356 nəfərə çatıb, daha 77 368 nəfər yaralanıb.