AZ

Nazir Ağstafada fermerlərlə görüşdü - FOTO

Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Ağdam, Ağstafa, Bərdə, Gədəbəy, Qazax, Neftçala, Masallı, Oğuz, Sabirabad, Ucar və digər rayonlardan, eləcədə Bakı, Gəncə və Sumqayıt şəhərlərindən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

 

Modern.az nazirliyə istinadən xəbər verir ki, qəbulda vətəndaşların müraciətləri əsasən icarəyə texnika ayrılması, dəymiş zərərin ödənilməsi, heyvandarlıq təsərrüfatının işğaldan azad edilmiş ərazilərə köçürülməsi, təsərrüfat suyu ilə təminat və digər məsələlərlə bağlı olub.

 

Məlumata görə, nazir hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

 

Ağstafa DAİM-in binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil — YENİLƏNİB
6972
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
6590
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1187
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1034
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1022
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1010
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1009
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
584
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
394
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
304
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
301
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
263
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
238
Arda Gülər dayanmır, yenə fərqləndi -
202
Arda dubl etdi - VİDEO
181
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
173
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
152
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
147
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
120
“Mançester Siti” İngiltərə çempionu olub
117