Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2011-ci il təvəllüdlü Əliyev İbrahim Samir oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri tərəfindən davam etdirilir.Bu barədə FHN Mətbuat xidmətinin məlumatında deyilir.