AZ

Ceyranbatan su kanalında batan İbrahimin axtarışları davam edir - VİDEO

Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2011-ci il təvəllüdlü Əliyev İbrahim Samir oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri tərəfindən davam etdirilir.

Bu barədə Bizim.Media-ya FHN-dən bildirlib.

Məlumata görə, hazırda yeniyetmənin batdığı ehtimal edilən istiqamətlər üzrə, o cümlədən kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində axtarışlar intensiv şəkildə həyata keçirilir.
 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
27
Mənbələr
Şərh ()
Bağla