AZ

Ruslara yeni səfərbərlik lazım olacaq..?

Rusiya qoşunlarının Ukraynada Xarkovu hədəfə ala biləcək yeni böyük hücumu kütləvi səfərbərliyin ikinci dalğasını tələb edəcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu fikri “Financial Times”a Karnegi Beynəlxalq Sülh Fondunun baş elmi işçisi və hərbi analitik Dara Massikot deyib.

...ABŞ hökuməti və Pentaqonun əmrlərini yerinə yetirən Amerika araşdırma mərkəzi olan “Rand Corp”.-un keçmiş eksperti Massikotun sözlərinə görə, yalnız bir istiqamətdə böyük bir hücum əməliyyatı üçün Rusiya Baş Qərargahına ən azı 100 min əsgər lazımdır.

...NATO-nun Avropadakı komandanı Kristofer Kavollinin sözlərinə görə, hazırda Ukraynadakı Rusiya ordusunun sayı 470 min nəfərdir.

Qərb kəşfiyyatının hesablamalarına görə, 360 minlik bir qrupla müharibəyə başlayan Rusiya işğalın əvvəlindən bu yana ən azı 315 min adamını itirib.

Hazırda Kreml öz qoşunlarını ayda təxminən 30 min nəfər - müqaviləli əsgərlər və səlahiyyətlilərin 200 min rubl maaş və birdəfəlik bonus təklif etdiyi kasıb bölgələrdən olan “könüllülər” hesabına artırmağı bacarır.

Massikot əmindir ki, yeni səfərbərlik olmadan Vladimir Putin yay hücumunu həyata keçirə bilməyəcək.

...Əgər Kremlin Xarkovu və ya Ukraynanın cənubunu ələ keçirmək ambisiyaları varsa, bu daha çətin olacaq, yəni ruslar bu zaman daha çox böyük qüvvələr toplamalı olacaqlar.

Bunu da Dara Massikot bildirib.

Nazlı

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla