AZ

"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi

 
"Biz məsələnin iki dövlət prinsipi əsasında həllini dəstəkləyirik, lakin buna İsrail ilə Fələstin administrasiyası arasında birbaşa danışıqlar yoli ilə nail olmaq lazımdır..."
 
Ağ Ev HƏMAS-ın Qəzza bölgəsinə dair təkliflərini rədd edib
 
ABŞ administrasiyası HƏMAS-ın İsrail ilə beş il müddətinə barışıqla bağlı son təkliflərini tamamilə rədd edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurası strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi bəyan edib. Məlumatı "newtimes.ru" nəşri yayıb.
 
Con Kirbi Vaşinqtonun bu təşəbbüs əsasında danışıqlara hazır olmadığını təsdiq edib.
 
"Yox, biz HƏMAS-ın irəli sürdüyü son təklifləri əsla qəbul etmirik. "HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq, çünki bu, terrorçu təşkilatdır", - Kirbi bəyan edib.
 
O, həmçinin əmin edib ki, Vaşinqton əvvəlkitək Yaxın Şərqdə münaqişənın tamhüquqlu Fələstin dövlətinin yaradılması və onun İsrail ilə dinc yanaşı yaşaması vasitəsilə nizamlanmasına səy göstərir.
 
"Biz iki dövlət yaradılması prinsipi əsasında məsələnin həllini dəstəkləyirik, - Kirbi deyib. - Lakin buna İsrail ilə Fələstin milli administrasiyası arasında birbaşa danışıqlar yolu ilə  nail olmaq lazımdır".
 
"Belə təəssürat yaranır ki, HƏMAS, sadəcə, son məqsədini dəyişməyə cəhd edir, - o, əlavə edib. - O, müharibəyə bu gün də son verə bilər. Əgər o, Fələstin xalqı üçün dövlətə inansaydı, o zaman 6 oktyabr 2023-cü ildə mövcud olan atəşkəsi pozmazdı, silahı yerə qoyub girovları azad edərdi.
 
Con Kirbi aprelin 20-də İstanbulda prezident Ərdoğanın HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşünü şərh etməkdən imtina edib.
 
"Prezident Ərdoğan keçirdiyi görüşlərdə öz fikirlərini söyləməkdə sərbəstdir. Biz HƏMAS barədə, habelə onların kim olduğunu və nəyi təmsil etdiyini barədə mövqeyimizi dəqiq ifadə etmişik. Mən bunu təsdiq edirəm", - o, deyib.
 
Kirbi Bayden administrasiyasının ABŞ, Böyük Britaniya nümayəndələri və ərəb liderlərinin Səudiyyə Ərəbistanında Qəzza bölgəsinin müharibədən sonra gələcəyi barədə qarşıdakı görüşdən gözləntiləri ilə bağlı suala "Mən bu barədə nəsə deyə bilmərəm" qısa cavab verib.
 
Xəbər verildiyi kimi, adıçəkilən görüş Ər-Riyadda aprelin 29-da baş tutmalıdır. İsrail görüşdə təmsil olunmayacaq, çünki Səudiyyə Ərəbistanı ilə İsrailin diplomatik münasibətləri yoxdur. HƏMAS nümayəndələri  də böyük ehtimalla məsləhətləşmələrdə iştirak etməyəcək.
 
HƏMAS-ın son təkliflərinə gəldikdə, bu təşkilatın Siyasi Bürosunun üzvü Xəlil əl-Heyya HƏMAS-ın İsrail ilə beş il müddətə barışığa, silahı yerə qoymağa və 1967-ci ilin sərhədlərində müstəqil Fələstin dövlətinin yaradılması şərtilə siyasi partiyaya çevrilməyə hazır olduğunu bəyan edib.
Seçilən
50
50
Mənbələr
Şərh ()
Bağla