AZ

Azərbaycanda yoxsulluq səviyyəsi əlli faizdən beş faizə düşüb - İlham Əliyev

Son iyirmi ildə Azərbaycanda yoxsulluq səviyyəsi 50%-dən 5%-ə düşüb. Bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib.

"Azərbaycan neftdən-qazdan əldə etdiyi gəlirləri düzgün istifadə edir. Buna görə son 20 il ərzində Azərbaycanda yaşıyanların yoxsulluq səviyyəsi 50%-dən 5%-ə düşüb. Azərbaycan öz iqtisadi potensialını ortaya qoya bilib. Bizim birbaşa xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7,9%-dir. Neftdən qazdan gələn gəlirlər cəmiyyətdə ədalətli bölünür və bu gün ilk növbədə Qarabağ və Şərqi Zəngəzurun bərpasına istiqamətləndirilir. Neftlə qazla zəngin olan ölkələr arasında hansısa miflər yaradılmamalıdır",- Əliyev aprelin 26-da Almaniyada Şoltsla birgə keçirilən mətbuat komfrasında bilidirib.

Əliyev söyləyib ki, COP29-u keçirən Azərbaycanın məqsədi əldə olunan gəlirləri yaşıl enerjiyə sərf etmək olacaq. Həmçinin Azərbaycan ev sahibi kimi körpülər yaradacaq.
 
Gülnar

www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla