AZ

"Uşaqla daima işbirliyi içində olmaq lazımdır" - PSİXOLOQ İZAH ETDİ

"Ümumiyyətlə, bir insanın varlığının fərqində olmasının təməli ona baxım verənlər tərəfindən güvənli, yetərli hiss etdirilməsinə dayanır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Leyla İsmayılova deyib.

Psixoloq bildirib ki, uşaqla özünü müqayisə etmək, uşağın öz potensialının kəşfinin önünü kəsir və uşaqda yetərsizlik duyğuları baş qaldırır: "Enerjisini özünü sübut etmək üçün sərf edir. Uşaq öz yaradıcılığının fərqinə vara bilmir. Bəzən yetərsizlik duyğusu utancaq, içinə qapanıq və özünü günahlandırma kimi duyğularla üzə çıxır. Beləliklə, irəliləyən zamanlarda istər ruhsal, istərsə fiziksəl problemlər yaranır.

Uşaqlara tənbəl etiketini yapışdırmaq onların mənlik duyğularını, özgüvənlərini zədələyir və özünü qiymətləndirmədə özlərini qeyri-adekvat aşağı qiymətləndirmələrinə səbəb olur.

Uşağın öz potensialını kəşf etməsi, maraq dairələri ilə tanış olmaq üçün daha az "olmaz" kəliməsindən istifadə etmək lazımdır. "Telefon olmaz" deyib, telefonu ortadan qaldırdıqda o boşluğu doldurmaq üçün uşağı faydalı məşğuliyyətlərə yönəltməliyik. Yaşına uyğun müəyyən məsuliyyətlər vermək məqsədəuyğun olar. Ən önəmlisi isə uşaqla daima işbirliyi içində olmaq lazımdır".

Müəllif: Söylü Ağazadə
Seçilən
16
Mənbələr
Şərh ()
Bağla