Bakı. Trend:
bp şirkəti "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yatağınınişlənməsi layihəsinin operatoru olaraq "Dərinsulu Günəşli"platformasında planlı profilaktik işlər barədə məlumat verib.
Trend bubarədə bp şirkətinə istinadən xəbər verir.
"Aprelin 25-dən başlayaraq planlı profilaktik işləri səmərəlişəkildə aparmaq üçün "Dərinsulu Günəşli" yatağından hasilat 15günlüyə dayandırılıb", - deyə bp şirkətindən bildiriblər.
Klapanların, radioizotop mənbələrin dəyişməsi və digər təmirişləri nəzərdə tutulur.
"Platformanın müvəqqəti dayandırılması bp-nin 2024-cü il üzrəistehsalat planına daxildir", - deyə press-relizdə qeyd olunub.
AÇG-nin digər platformalarından, eləcə də Səngəçal terminalında"Şahdəniz" yatağındakı platformalardan hasilat, Bakı-Tbilisi-Ceyhanvə Cənubi Qafqaz Boru Kəməri vasitəsilə ixrac əməliyyatları ştatrejimində davam edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)