AZ

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ

İmişli rayonu, Qaraqaşlı kənd sakini Muradov Möhsüm Əhmədağa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə səlahiyyətli qurumlara müraciət edir:


“Mən, Muradov Möhsüm Əhmədağa oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bilidrirəm ki, 1990-cı ildən 1994-cü ilədək "Yaşma"da yerləşən N saylı hərbi hissədə xidmət etmişəm. 1994-cü ilin aprel ayında Ağdam bölgəsinə getmişəm. Həmin vaxtlarda səhhətimdə ciddi problemlər yaranıb. Yaddaş itkisi ilə yanaşı, qulaqlarımda problem yaranıb və əsəblərimdə gərginlik olub.

O vaxtdan bu günə qədər heç yerdə işləyə bilmirəm, utana-utana yaşayıram. Veteranlığımı da vermədilər. Dövlətdən heç bir vəsait almıram. Dəfələrlə müraciət etsəm də, fayda vermədi.

3 uşaq atasıyam, gələcəyin 2 əsgərini böyüdürəm. 43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik. Səbəb isə odur ki, rayonda su yoxdur. Vəzifədə oturanlar deyirlər ki, kəndlinin torpağı var, əkib-becərsin, ölməsin. Əkib-becərmək üçün sahəni sulamaq lazımdır. Vəzifədə oturanlar əslində yaxşı bilirlər ki, harda vəziyyət necədir, sadəcə vəzifələrindən sui-istifadə edirlər.

Mən və övladlarım nə üçün əziyyət çəkməliyik? Qıraqdan baxana döyüş asan gəlir...".


Paytaxt.org

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
Mənbələr
Şərh ()
Bağla