AZ

Paşinyan: “Bu gün biz Ermənistanın mövcudluğu məsələsini həll edirik”

“Bu gün biz Ermənistanın mövcudluğu məsələsini həll edirik və edəcəyik”.

İnterpress.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan partiya üzvləri ilə görüşündə deyib.

Paşinyan bildirib ki, onlar Ermənistanın gələcəyi ilə bağlı çox konkret layihəni masaya qoyublar.

“Bu, çox mühüm mərhələdir və biz bir partiya olaraq çox fəal olmalıyıq”, – o qeyd edib.

Onun sözlərinə görə, onlar yaxın onilliklərdə Ermənistanın taleyini, mövcudluğu məsələsini həll edirlər.

“Və biz bu məsələni həll edəcəyik”, – Paşinyan bildirib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
12
50
Mənbələr
Şərh ()
Bağla